Çempionat niyə tez başlayır? - Açıqlama

cempionat-niye-tez-baslayir-aciqlama
Oxunma sayı: 656

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumatı təsdiqləyib: “Unibank Premyer Liqasında yeni mövsüm avqustun 1-də başlayacaq. Belə qərar verməyimizin bir neçə səbəbi var. Bildiyiniz kimi, sentyabr-oktyabr aylarında ölkəmizdə 17 yaşadək qızlar arasında Dünya Çempionatı keçiriləcək. Bundan başqa, klublarımızın avrokubok oyunları və yığmanın oyunları var (DÇ 2014-ün seçmə mərhələ oyunları nəzərdə tutulur). Bu səbəbdən təqvimdə sıxlıq yaranacaq ki, bunu da aradan qaldırmaq üçün çempionatı tez başlamaq məqsədəuyğundur. Doğrudur, avqust ayında hava çox isti olur. Bu səbəbdən oyunlar axşam saatlarında keçiriləcək. Yəqin ki, qış fasiləsi də gec başlayacaq. Hər il fasilə dekabrın ortalarında başlayırdısa, bu mövsüm oyunlar dekabrın axırına qədər davam edəcək. İkinci dövrəyə isə fevralın əvvəli və ya yanvarın axırı start veriləcək”.

Qeyd edək ki, 17 yaşadək qızlar arasında Dünya Çempionatı sentyabrın 22-dən oktyabrın 13-nə qədər davam edəcək.

Ceyhun Əhmədov