Çempionlar Liqasının qalibi məlum oldu - Nəticə

cempionlar-liqasinin-qalibi-melum-oldu-netice
Oxunma sayı: 777

27-ci dəqiqədə Barselonanın oyunçusu Pedro "Mançester Yunayted"-in qapısına qol vurub.

Cəmi 7 dəqiqə sonra isə Runi cavab topu ilə hesabı bərabərləşdirib.

İkinci hissənin 54-cü dəqiqəsində Messinin qolu ilə Barselona önə keçib.

69-ci dəqiqədə Vilyanın qolu ilə isə barselona daha bir qol vuraraq üstünlüyünü iki topa çatdırıb.

Bu komandalar 2009-cu ilin finalında da üz-üzə gəlmişdilər. Həmin görüşdə "Barselona" rəqibini 2:0 hesabı ilə məğlub edərək fəxri mükafata yiyələnmişdi. Bu oyunda "qırmızı şeytanlar" "Barselona"dan qisas almağa çalışıb.

Ümumilikdə isə hər iki komanda 3 dəfə Çempionlar Liqasının qalibi olub. "Barselona 1991-1992, 2005-2006 və 2008-2009-cu illərdə, "Mançester Yunayted" isə 1967-1968, 1998-1999 və 2007-2008-ci illərdə turnirin qalib adını qazanıb.