“Cənab prezident, ətin bahalaşmasının qarşısını almaq üçün müşavirə keçirin”

cenab-prezident-etin-bahalasmasinin-qarsisini-almaq-ucun-musavire-kecirin
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, mövcud vəziyyəti şərh edən Ümid Partiyasının iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli hesab edir ki, qiymət artımları payız ayları yaxınlaşdıqca davam edəcək. «İlk növbədə ətin qiymətinin artmasına diqqət yetirmək lazımdır. Əvvəla yay aylarında ətə olan istehlak tələbatı digər fəsillərlə müqayisədə azalır. Ölkəyə idxal olunan bu məhsula tətbiq edilən vergilər artırılmayıb. Yerli inzibati nəzarət və daşınma üzrə hansısa tariflərin artımı baş verməyib, amma qiymətlər artır. Fikirmcə bu bir daha onu göstərir ki, Azərbaycanda bütün qida bazarı tam olaraq inhisardadır və nəzarətdə saxlanılır. Xatırlayaq ki, yaz aylarında ölkədə yumurta bir ayın içində 3 dəfə bahalaşmışdı. Dövlət başçısının müdaxiləsindən yumurtanın qiyməti real qiymətlərə uyğunlaşdı. Hələ də qiymətlər yüksəlməyib. Məlum müşavirədə dövlət başçısı konkret olaraq qiymətlərin süni şəkildə inhisarçılar tərəfindən süni şişirdildiyini dedi. İndii belə çıxır ki, yenə də hökumət və ya ictimayyət heç bir səbəb olmadan ətin qiymətinin bahalaşdırılmasıyla bağlı prezidentə müraciət etməlidir. Müraciət etməlidir ki, cənab prezidentin ətin qiymətinin bahalaşmasının qarşısını almaq üçün müşavirə keçirin. Bu heç bir halda belə olmamalıdır. Bütün hallarda bu məsələ dövlət qurumları tərəfindən tənzimlənməlidir. Bundan başqa paralel olaraq ərzaq məhsullarının da qiymətində artım müşahidə edilir. Bizim apardığımız hesablamalara görə, son iki ayda bir sıra ərzaq məhsullarının, o cümlədən şəkər və şəkər tozunun, bitki yağlarının qiymətində 2-4 faiz bahalaşma baş verib» deyə R.Abasbəyli bildirdi.

Həmsöhbətimiz əlavə etdi ki, qiymət artımları kənd təsərrüfatı məhsullarının tədarük dövründə bu templə davam etsə, payız-qış aylarında ölkədə bahalaşma böhranı qaçılmaz olacaq. Onun fikirincə, hökumət qış ayları üçün ərzaq təhlükəsizliyi üzrə konkret olaraq proqramm hazırlamalıdır. «Dünyada artıq ərzaq böhranı ilə bağlı narahatçılıqlar yaşanmaqdadır. ABŞ sosial xərclərinin azaltmaq haqqında böyük proqramm üzərində işləyir, Avropada artıq ərzağın qiymətinin artması ilə bağlı ilk simptomlar müşahidə edilməkdədir. Azərbaycanda isə ənənə belədir ki, hökumət vəziyyət katastrofik həddə çatanda müdaxilə edir» deyə komissiya sədri əlavə etdi.