Cənazə mərasimi boyunca taxtda qaldı

cenaze-merasimi-boyunca-taxtda-qaldi
Oxunma sayı: 677

“Qafqazinfo”nun Türkiyə mətbuatına istiandə xəbərinə görə, İskəndəriyə şəhərində dünyasını dəyişən Qibti Ortodoksal patriaxın cənazə mərasimi Misirin pataxtı Qahirdə Ortodoksal Qibti kilsəsində həyata keçirilib.

Dini liderlərinin ölümündən sarsılan xristian azlıq olan qibtilər patriaxın portertini əllərində tutaraq saatlarla göz yaşlarını axıdıblar.

Yaxın Şərqdəki misirli qibtilərin dini lideri kimi 40 ildir bu vəzifədə olan 89 yaşındakı Patriarx Ata Şenuda uzun müddət idi ki, Misir və ABŞ-da müalicə olunurdu.

Misirdə 85 milyon əhalinin təxminən 10%-i qibtilərdir.
Əsil adı Nəzir Seyyid olan Ata 3-cü Şenuda Misirdə müsəlmanlarla xristianlar arasında gərginliyin artdığı vaxtlarda ölkə daxilində balanslı siyasətin qurulmasında böyük təsirə malik olub.