“Cenifer Lopez Telman İsmayılovun evində dincəlirdi” - Video

cenifer-lopez-telman-ismayilovun-evinde-dincelirdi-video-
Oxunma sayı: 652

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, aparıcı Telman İsmayılovun oğlunun ad günündə baş verən bəzi məqamlara toxunub: ““Svoy iqra” oyununu improvizə edirdim, bütün suallar isə təntənənin səbəbkarına həsr olunmuşdu. Lev Leşenko, Yelena Baturina və İsmayılovun həyat yoldaşı oynayırdı. Onlar oğlanın saatı hansındadır, hansı universiteti bitirib və sair bu kimi suallara cavab verirdilər. Məlum oldu ki, Sarbonnada oxuyub. Lakin ona fransızca nə isə deyəndə oğlan məni nədənsə başa düşmədi”.

Aparıcı, həmçinin qeyd edib ki, Rusiya artistləri ilə səhnəyə çıxmazdan əvvəl alçaldıcı rəftar edilib. Belə ki onlar uzun müddət çıxışları üçün qonaq evində gözləməli olublar: “Həmin yerdə, lakin ikinci mərtəbədə Riki Martin və Cenifer Lopez dincəlirdilər. Daha sonra biz piyada əsas evə doğru getdik. İstisna nədənsə təkcə Andrey Danilkoya edilmişdi. O, İsmayılovun malikanəsinə dəbdəbəli limuzində gəldi. Andryuşa maşından başında taxma büst və ulduzla düşərək tez də “Hər şey yaxşı olacaq” deyə oxumağa başladı”.

Kuleşov onu da etiraf edib ki, bu şənlikdə onu ən çox Boyarskinin qəmli görünüşü silkələyib. Boyarski zala daxil olarkən Kuleşova etiraf edib ki, onu kələm elementi kimi qəbul etdiklərini yaxşı anlayır: “Ustad özünün hit mahnısını ifa edəndə isə plaşlı dörd azərbaycanlı oğlan ön planda onun qarşısında dayanıb, qılıncda dalaşırmışlar kimi təsvir yaradıblar. Boyarski “hərçənd ki, beş solo konsertin pulu qədər qonorar aldım” deyə dərin məna ilə əlavə edib”.

Səidə

jennifertelman.flv