Cenifer Lopezə İrandan imtina təklifi

cenifer-lopeze-irandan-imtina-teklifi
Oxunma sayı: 666

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da yerləşən və “Nüvə İranına qarşı birlik” adlanan təşkilat Tehran rəhbərliyini nüvə bombası istehsal etməkdən çəkindirmək üçün Cenifer Lopezdən kömək tələb edib. Fransa mediasında gülüş hədəfinə çevrilən bu təşkilat Lopezin reklam sazişi imzaladığı firmanın Tehrana satdığı avtomobillərlə silah daşıdığını iddia edib.
Təşkilat Lopezin razılaşmanı bitirməsinin İranın nüvə proqramını dayandırmasına təsiri olacağını iddia edib. Lopez isə bu tələbə hələ ki cavab verməyib.



Səidə