Cənnətdən qovulmaq bəxtəvərlikdir...

cennetden-qovulmaq-bexteverlikdir
Oxunma sayı: 877








Cənnətdən qovulmaq faciə yox, hadisədir.

***

Cənnətdən qovulandan sonra Adəmin saxladığı birinci ev heyvanı ilan idi.


***

Həmişəki kimi cənnətdə günaha yol açan da, günahı dərk edən də eynidir.

***

İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və təmbəllik. Səbirsiz olduqlarına görə cənnətdən qovuldular, tənbəl olduqlarına görə qayıda bilmirlər. Amma bəlkə də insanların əsas bir günahı var: Səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizliyə görə də qayıda bilmirlər.
***

Onsuz da, cəhənnəm qazanını tək aşıra bilməzsiniz, aşırsanız da yanarsız, həm də cəhənnəm yenə də cəhənnəm kimi qalar. Bu işi başqa cür görmək lazımdı!

***

Nəyə görə həmişə ilk günahımıza görə heyfislənirik? İlk günaha görə yox, həyat ağacına görə qovulduq cənnətdən, onun meyvələrindən yeməyək deyə.

***

Cənnətdə qalmaq üçün yaradılmışdıq və cənnət bizə xidmət etmək üçün idi. Sonra taleyimiz dəyişdirildi: Cənnətin öz taleyində də dəyişiklik oldumu, bunu heç bir yerdə yazmırlar.

***

Batil inanclardan biri də, bir ölkənin və ordakı həyat tərzinin özünün reallaşdırılmasına izin verməkdir. Bədən əməllərin cənnəti keçərək, fəzilətin cənnətinə qapılar açır: Bu lap asanca yaranan batil inancdır...

***

Cənnətdən qovulmaq əsasən əbədidir. Yəni cənnətdən qovulmaq həqiqətdir və yer üzündə yaşamaq qaçınılmazdır. Amma yenə də onun əbədiliyi bizə həmişəlik cənnətdə qala bilmək ehtimalı yaratmaqla yanaşı, eyni zamanda, bəlkə də həqiqətən də, o deməkdir ki, biz elə həmişə ordayıq, biz bunu bilib-bilməməyimizdən asılı olmayaraq.

***

Cənnətdən qovulduq, amma cənnəti məhv eləmədilər. Cənnətdən qovulmaq bir tərəfdən də bəxtəvərlikdir, çünki əgər qovulmasaydıq onda gərək cənnəti məhv edəydilər.

***

Demək olar ki, ilk günah edilənə qədər, cənnət baxçasının insanla birgə lənətlənə bilmək ehtimalı var idi. Amma insan lənətləndi, cənnət baxçası isə yox.

***

Əgər ancaq cənnətdə məhv edilə bilər deyə düşünülən şeylər dağıdıla bilərdisə, onda bu dəqiq fikir deyil, yox əgər məhv edilə bilmirsə, onda, deməli, biz yalnış bir inancla yaşayırıq.

***

Cənnətdən qovulmaq, ikinci cənnətin məhv edilməsi, üçüncüsü isə - bu ən qorxunc nəticə idi – “Əbədi həyat” qapısını bağlamaq, hər şeyi olduğu kimi, necədirsə elə də saxlamaqdır.

***

Nə varsa hər şey cənnətin qapısının ağzına gələndə öz hissələrinə ayrıldığına görə, eynən qaya parçaları kimi parçalanırlar.


Tərcümə edən: FƏRİD HÜSEYN