Cənubi Azərbaycan ayağa qalxdı - Video

cenubi-azerbaycan-ayaga-qalxdi-video
Oxunma sayı: 658

Güneydən sosial şəbəkələr vasitəsilə yayılan xəbərlərə görə, etiraz aksiyaları Təbriz və Urmiya şəhərlərində daha şiddətli xarakter alıb.

Urmiyada etirazçılar mərkəzi meydanı ələ keciriblər. Rrejimin təhlükəsizlik qüvvələri aksiyaçıların təzyiqi qarşısında geri çəkilməli olublar.

Şəhərin Bahar, Zəncir Səhram və Taliqani küçələrində təhlükəsizlik qüvvələri ilə mitinqçilər arasında toqquşmalar olub.

Məlumata görə, Urmiya bazarı İran xüsusi qvardiyaçıları tərəfindən yandırılıb.
Təbrizdə də mitinqçilərin mərkəzi meydanı tutduğu xəbər verirlir.

Məlumatlara görə, Zəncan və başqa şəhərlərdə də eyni tələblə aksiyalar keçirilib.

Son məlumata əsasən Qərbi Azərbaycan ostanına gedən bütün yollar tam bağlanıb. Tehrandada aksiyalar başlanıb, Tehranda yaşayan Azərbaycanlılarda Güney Azərbaycana dəstək vermək üçün küçələrə axışıblar.

urmu.flv