Ceyhun Sultanov “Kəpəz”dən niyə ayrılıb? – Müsahibə

ceyhun-sultanov-kepezden-niye-ayrilib-musahibe
Oxunma sayı: 807



“Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov komandadan ayrılıb.
Gəncə təmsilçisi ilə müqavilə müddəti başa çatan futbolçu bu müddəti uzatmağa razılıq verməyib. 32 yaşlı yarımmüdafiəçi bu barədə “Qafqazinfo”ya müsahibə verib:



- “Kəpəz”dən ayrılmağın barədə məlumat yayılıb.

- Bəli, komandadan gedirəm. Bildiyiniz kimi, “Kəpəz”lə müqaviləmin müddəti başa çatıb. Klub yeni müqavilə təklif etsə də, razılaşmadım.

- Komandadan getməyinə nə səbəb oldu?

- Şərtlərdə anlaşa bilmədik. Düzünü desəm, maliyyə şərtləri məni qane etmədi. Bu səbəbdən “Kəpəz”də qalmaq istəmədim.

- Hər hansı klubdan təklif varmı?

- Var. Bir neçə komanda xidmətimdə maraqlıdır. Danışıqlar gedir. Hələ ki dəqiq bir şey olmadığından adlarını açıqlamaq istəmirəm.

- AZAL-a transfer olunacağın haqda xəbərlər doğrudur?

- Mətbuatda yalan xəbərlər yayırlar. Nəinki transfer, mən heç AZAL-la danışıq da aparmamışam. Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm.

- Transfer məsələn nə zaman müəyyənləşəcək?

- Hələ ki danışıqlar aparıram. Sabah hər şeyə aydınlıq gələcək. Hansı klubla anlaşdığımı da açıqlayacam.

Ceyhun Əhmədov