Çılpaq qızlar müsəlman ölkələrinə gəlir – Fotosessiya

cilpaq-qizlar-muselman-olkelerine-gelir-fotosessiya
Oxunma sayı: 1845

Bu vaxta qədər Avropanın ən müxtəlif ölkələrində çılpaq aksiyalar keçirən Ukraynanın qadınlardan ibarət olan Femen təşkilatı bu dəfə müsəlman ölkələrində aksiyalar keçirəcəyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, çılpaq qızlar yaz-qış demədən Berluskoni, Katolik Kilisəsi, Dominique Strauss-Kahn və digər şəxslərin qadınlara qarşı siyasətləri əleyhinə aksiyalar keçiriblər. Avropanın hər ölkəsində qadının əmtəə olaraq göstərilməsinə etiraz məqsədi ilə çılpaq aksiyalar keçirərək dünyanın diqqətini özünə çəkməyi bacaran təşkilat üzvləri İran və Səudiyyə ərəbistanında da analoji aksiyalar keçirəcəklərini açıqlayıblar. Qurumun üzvü olan Aleksandra Şevçenko deyib ki, adıçəkilən ölkələr başda olmaqla müxtəlif müsəlman ölkələrində çılpaq aksiyalar keçirərək qadınlara qarşı olan münasibətin dəyişməsinə çalışacaqlar.