Çılpaqların yürüşü – Video

cilpaqlarin-yurusu-video
Oxunma sayı: 685

ABŞ-ın Utah əyalətindəki qanunların mühafizəkarlığını iddia edən minlərlə insan Salt Lake şəhərində alt paltarlarda etiraz aksiyası keçiriblər. “Qafqazinfo”nun məlumatına görə, təşkilatçı Nate Porter hərəkatın hədəfinin əyalətin mühafizəkar siyasəti nəticəsində ruh düşkünlüyü yaşayan insanları təşkilatlandırmaq olduğunu deyib. Porter 1.5 kilometrlik qaçışda 3 minə yaxın insanın iştirak etdiyini bildirib. Təşkilatçıların çılpaqlığı qadağan etməsinə baxmayaraq, insanlar müxtəlif alt geyimlərində iştirak edərək sinələrində, bellərində və ayaqlarında yazdıqları mesajlarla homoseksual evliliklərə verdikləri dəstəyi nümayiş etdiriblər.

Qeyd edək ki, Salt Lake şəhəri bu tip evliliklərə qarşı çıxan Mormon kilsəsinə ev sahibliyi edir.

lutle.flv