Cinayət cəzasız qalmır

<b>Cinayət cəzasız qalmır</b>
Oxunma sayı: 215

Ruandada soyqırım törətməkdə təqsirli bilinən Bernard Munyagişari 17 illik qaçaq həyatından sonra Konqo Demokratik Respublikasında həbs edilib. 1994-cü ildə başlayan və 100 gün davam edən müharibədə Bernard Munyagişari 800,000 Tutsinin soyqırımına birbaşa hökm verib. O, soyqırım törətməkdə, qətillər sifariş verməkdə və saysız-hesabsız zorlamalarda ittiham olunur. İndi onu, Ruanda üzrə Beynəlxalq Cinayət Məhkəməsinə verəcəklər və o layiqli cəzasını alacaq.

Eyni gündə Serbiyada da Bosniya müsəlmanlarının soyqırımında günahkar Ratko Mladiç də həbs edildi. O isə düz 16 il gizlənə bilmişdi. Ondan bir il artıq isə Bernard Munyagişari gizləndi. Amma eyni gündə həbs edildilər.

General Mladiç indi 69 yaşındadır. O ömrünün qalanını zindanda keçirəcək. General 1995-ci ildə Srebrenitsada nə az nə çox, düz 7,500 Bosniya müsəlmanının qanını axıdıb. Bundan öncə isə eyni cinayət üzrə Radovan Karadzic 2008-ci ildə həbs olunmuşdu və indi ömürlük həbs cəzası çəkir.

Bu paraleli gətirməkdə məqsədim var. Bəzən, bağban tələsir, armud isə vaxtında yetişir. İndiyə kimi də istəsəydilər, onları tutardılar. Amma, sanki, ərəb küləyinin əsməsini gözləyirdilər. Ərəb güləyi səhralara aydınlıq gətirdi. Ərəblər sübut etdilər ki, şərq dünyası da demokratiya istəyə bilər, bədəvi də bahalı maşın sürə bilər, bezəndə isə yenə dəvə minəcək. Amma, fakt faktlığında qalacaq. Ərəb küləyi həm ABŞ-a, həm də Avropa Birliyinə böyük bir dərs verdi. Xalqların yanında olmaq dərsi.

Heç bir cinayət cəzasız qalmır. İstər kiçik olsun, istər böyük. Prezidentlər, generallar, nazirlər də cinayət törətmişsə, cəzadan qaça bilmir. Fyodor Dostoyevski də “Cinayət və Cəza” əsərini sanki onlar üçün yazıb. İrak diktatoru Səddam Hüseyn həbs olunan zaman üzərindən həmin kitab tapılmışdı. Amma, deyəsən gec ayılmışdı. Bütün diktatorlara, prezidentlərə, ümumiyyətlə siyasətlə məşğul olanlara Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxumağı tövsiyyə edirəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi