Cinayət işinin sayı - 216

cinayet-isinin-sayi-216-
Oxunma sayı: 657

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıq, külli miqdarda qanunsuz sahibkarlıq, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə cəmi 31 iş 34 nəfər barəsində ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib və 145 işin icraatına xitam verilib.

İcraatına xitam verilmiş cinayət işlərindən 106 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (14 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, departamentdə aparılan araşdırmalar zamanı 6 milyon 997 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 481 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Nigar Məmmədli