Çingiz Qənizadə Arif Əsgərova təşəkkür etdi

cingiz-qenizade-arif-esgerova-tesekkur-etdi
Oxunma sayı: 654

Deputatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə həmin körpü həqiqətən uzun müddətdir ki, piyadaların həyatı üçün təhlükəli idi. Deputatın seçicilərlə görüşü zamanı qaldırılan bu problem İmişli Rayon İcra Hakimiyyəti tərəfindən də dəstəklənib.

Məsələ ilə bağlı Ç.Qənizadə rayon rəhbərliyi ilə birlikdə körpüyə baxış keçirib, bəziyyəti öz gözü ilə görüb. Vətəndaşların qaldırdığı problemin haqlı olduğunu, rayon rəhbərliyinin əvvəllər də bu məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-ə müraciət etdiyini əsas götürərək, millət vəkili Səhmdar Cəmiyyətin sədri Arif Əsgərovla görüşmüş, bu problemi onun nəzərinə çatdıraraq problemin həll edilməsini ondan xahiş edib.

Məsələnin araşdırılmasına və problemin həllinə xüsusi diqqətlə yanaşan Arif Əsgərov İmişlinin Dəmiryolu vağzalındakı körpünün tikinti-bərpa işlərinə dərhal göstəriş verib. Artıq rayonun Dəmiryolu İdarəsinin xüsusi tikinti briqadası 3 gündür ki, İmişlidədir.

Mətbuat xidmətindən onu da bildirdilər ki, kifayət qədər ciddi olan bu problemin həllinə dərhal dəstək verdiyinə görə Çingiz Qənizadə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova öz təşəkkürünü bildirib.