Çingiz Qənizadə məruzəçi seçildi

cingiz-qenizade-meruzeci-secildi
Oxunma sayı: 669

İclasda iştirak edən Azərbaycan parlamentinin deputatı Çingiz Qənizadənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, günün ilk yarısında türkdilli dövlətlərin parlamentlərinin konstitusion dövlət quruculuğunda yeri və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Azərbaycan nümayəndə heyəti adından Ç.Qənizadə çıxış edərək Azərbaycan Komstitusiyasında parlamentin yeri, parlamentin fəaliyyətinin əsasları, parlamentin formalaşması, onun səlahiyyətləri, qanun və qərarların qəbulu qaydası, parlamentin əldə etdiyi uğurlar, parlament diplomatiyası, parlamentin komissiya və komitələri haqqında məlumat verib: “Çingiz Qənizadə eyni zamanda təklif edib ki, TÜRKPA-nın Hüquq komissiyası Fransa senatında qondarma erməni soyqırımı ilə bağlı müzakirə olunan qanun layihəsinə etirazını bildirən qərar qəbul etsin. Eyni zamanda bu qərar beynəlxalq ictimaiyyətə, Fransanın müvafiq qurumlarına və mətbuata açıqlansın. Təklif komissiyanın digər üzvləri tərəfindən dəstəklənib”.

Qeyd edək ki, Ç.Qənizadə açıq səsvermə ilə 2012-ci ilin iyun ayında Bişkekdə keçiriləcək TÜRPA-nın üçüncü plenar sessiyasında Hüquq komissiyasının qəbul etdiyi təkliflər paketinin məruzəçisi seçilib.