Çingiz Qənizadə Rafiq Tağının durumu ilə maraqlanıb

cingiz-qenizade-rafiq-taginin-durumu-ile-maraqlanib
Oxunma sayı: 639

Millət vəkilinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, reanimasiya şöbəsinin müdiri Vaqif Rəhimov və digər həkimlərlə görüşən Ç.Qənizadə Rafiq Tağının vəziyyətinin hazırkı durumu ilə maraqlanıb, ona qarşı daha diqqətli və hərtərəfli müalicə aparılmasını həkimlərdən xahiş edib.

Millət vəkili Rafiq Tağıya ilkin təcili tibbi yardım göstərdiklərinə görə həkimlərə öz təşəkkürünü bildirib. Ç. Qənizadə xəstəxanada olarkən hələ Rafiq Tağı reanimasiya şöbəsində olduğundan onunla görüşə bilməyib. Lakin xəstə palataya köçürülüb səhhəti bir qədər normallaşdıqdan sonra təkrar ona baş çəkməyi planlaşdıran Çingiz Qənizadə cinayət işinin istintaqını da nəzarətdə saxlayacağını bildirib.