Con Makkeyn İlham Əliyevi siyasi məhbuslari azad etməyə çağirdi

con-makkeyn-ilham-eliyevi-siyasi-mehbuslari-azad-etmeye-cagirdi
Oxunma sayı: 655

Vaşinqtondakı diplomatik mənbələrdən “Turan”a məlum olub ki, məktubda sonuncu əfv sərəncamı ilə gənc fəal Cabbar Savalanlının azadlığa buraxılması müsbət qiymətləndirilib: “Mən dinc mitinqlərin təşkilinə görə həbs olunmuş digər 16 siyasi məhbusu, həmçinin qalan vicdan məhbuslarını azad etməyə çağırıram”.

Senator Fərhad və Rafiq Əliyev qardaşlarının indiyədək həbsdə saxlanmasından narahat olduğunu bildirib: “Onlar şərti olaraq və ya səhhətləri ilə əlaqədar vaxtından əvvəl azad edilə edilə bilərdi. Bir prezident kimi Əliyev qardaşlarını və digər vicdan məhbuslarını azad etmək iqtidarına maliksiniz. Bu, ədalətli və düzgün qərar olardı, bizim ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə xidmət edərdi. ABŞ onunla yalnız əməkdaşlıq edən yox, həm də ümumi dəyərləri bölüşən, insan hüquqlarına, öz vətəndaşlarının azadlığına hörmət edən ölkələrlə münasibətləri qiymətləndirir”.