Connect-i talayanlar tutuldu - Kriminal xəbərlər

connect-i-talayanlar-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 687

Dekabrın 16-sı saat 04 radələrində naməlum şəxslər X.Məmmədov küçəsində yerləşən «Connect TV»nin ofisinə açar seçmə yolu ilə daxil olaraq orada mühafizəçi işləyən Rufiz Axundzadənin əl-qolunu yapışqan lentlə bağlamışlar. Daha sonra açar seçmə yolu ilə dəmir seyfdə olan 12 min 800 manat, masanın siyirməsində olan 2200 manat pulu götürüb getmişlər. Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Zeynal Bəhlulov və İsrafil İsmayılov dekabrın 17-də tutulmuşlar.

Dekabrın 17-si saat 19:30 radələrində Bakı - Mərdəkan yolunda Vaqif Quliyevin idarə etdiyi «Kamaz» markalı yük maşını, Sahib Əsədovun idarə etdiyi «VAZ-2107» markalı və Mansur Cabbarovun idarə etdiyi «Toyota» markalı avtomobillər toqquşmuşdur. Nəticədə, «VAZ-2107» markalı avtomobilin sürücüsü S.Əsədov və sərnişinləri Günay Tağıyeva, Nazim Tağıyev, Aysel Məmmədhəsənova, Nicat Tağıyev və Nihat Tağıyev 3 saylı xəstəxanaya yerləşdirilmişlər. Digər sərnişin Sadiq Əsədov isə hadisə yerində ölmüşdür.

Sentyabrın 14-ü saat 03:10 radələrində «Əzizbəyov» metrostansiyasının yaxınlığında 2 naməlum şəxs Rəşid Novruzovun taksi kimi idarə etdiyi «Kia-Rio» markalı avtomobilə sərnişin kimi əyləşərək Albalılıq bağ massivinə sürdürmüş və orada onu döyüb pulunu, mobil telefonunu və avtomobilini əlindən almışlar. Aparılan axtarışlar zamanı həmin avtomobil sentyabrın 16-sı saat 01 radələrində tam yanmış vəziyyətdə Maştağa qəsəbəsi 3-cü kvartal adlanan sahədə tapılmışdır. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Vasif Əmirov və Talıb Əliyev dekabrın 17-də tutulmuşlar.

Nərimanov RPİ CAŞ və 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Röyal İmamverdiyev dekabrın 17-də yaxalanmışdır.

Nərimanov RPİ CAŞ və 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Səmim Əliyev dekabrın 17-də yaxalanmışdır.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Kərimov dekabrın 18-də tutulmuşdur.

Araşdırmalar zamanı məlum olmuşdur ki, o, oktyabrın 27-nə keçən gecə H.Cavid prospektində yerləşən Elman Müslümova məxsus çay evindən 2 ədəd kompyuter oyunu, noyabrın 17-nə keçən gecə H.Cavid küçəsində yerləşən Taleh Həşimova məxsus kafedən televizor, mobil telefon, 90 manat və içkilər, noyabrın 28-də H.Cavid prospektində yerləşən Fuad Vəliyevə məxsus çay evindən televizor, tuner və 3 ədəd qəlyan, bir gün sonra F.Ağayev küçəsində yerləşən Emil Məmmədova məxsus mağazadan 400 manat, 15 ədəd mobil telefon və aksesuarlar oğurlamışdır.
Daha sonra o, dekabrın 3-dən 7-dək olan müddətdə F.Ağayev küçəsində yerləşən Təhminə İsmayılovaya məxsus mağazadan geyim əşyaları, dekabrın 5-dən 7-dək olan müddətdə H.Cavid prospektində yerləşən Fuad Məmmədova məxsus qadın salonundan 480 manat və salona aid ləvazimat, dekabrın 10-na keçən gecə Z.Xəlilov küçəsində yerləşən Elnur Yusifova məxsus mağazadan 250 manat və ərzaq məhsulları, dekabrın 13-nə keçən gecə F.Ağayev küçəsində yerləşən Emil Məmmədova məxsus mağazadan 30 manat, 5 ədəd mobil telefon və ardınca həmin küçədə yerləşən Elnur Mustafayevə məxsus mağazadan geyim əşyaları oğurlamışdır.
Bundan başqa onun noyabrın 25-də və dekabrın 10-da H.Cavid prospektində yerləşən Hidayət Əliyevə məxsus köşkdən tütün məmulatları oğurladığı müəyyən edilmişdir.