“Çox darıxıram...”

cox-darixiram
Oxunma sayı: 679

“Prezident Barak Obama çox parlaq seçim etdi. Bu seçim həm də onu göstərir ki, Obama Azərbaycan və ABŞ münasibətlərinə nə qədər böyük önəm verir, bu münasibətlər onun üçün nə qədər əhəmiyyətlidir”. “Qafqazinfo” xəbər verir ki, Nota.az-ın suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza belə deyib.
“Riçard Morninqstarın təyinatı əla seçimdir. O çox təcrübəlidir. Nəinki enerji sahəsində, o həm də diplomatdır. Eyni zamanda çox savadlı professordur. Neçə-neçə elmi əsərləri var. Siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahəsində sonsuz sahədə təcrübəyə malikdir. Bu həm də Azərbaycanın bizim üçün Avropa ilə əlaqələrimizdə önəmli yerdə olmasının bir göstəricisidir”.

Metyu Brayza Riçard Morninqstarı yaxından tanıdığını və hətta bir çox layihələrdə birgə işlədiklərini də bildirib. “Mənim Riçard Morninqstarla bağlı çox sayda xatirələrim var. 14 il öncə mən onunla birlikdə çalışmışam. Bakı –Tiflis- Ceyhan boru kəməri ilə bağlı. Onun çox strateji ideyaları var. Bu strateji təcrübə ilə biznes ideyaları birləşəndə çox uğurlu bir tandem alınır”.

Azərbaycan üçün çox darıxdığını bildirən Brayza deyib ki, "Ölkə, xalq, səfirlik, oradakı komandam üçün çox darıxıram. Yeni vəzifəm əsasən biznes sahəsi ilə əlaqədardır. Ona görə də tez-tez səfər etmək şansım var. Bu səfərlər çərçivəsində Azərbaycana da gələcəm".