Cüdoçumuz Elmar Qasımov da uduzdu- Yenilənib

cudocumuz-elmar-qasimov-da-uduzdu-yenilenib
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi məlumata görə, 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.

Cüdoçumuz 1/16 final mərhələsində qazaxıstanlı Maksim Rakovla qarşılaşıb. Oyunda Yuko fəndini işlədərək hesabına xal yazan Elmar görüşün qələbə ilə başa vurub. Onun 1/8 finaldakı rəqibi Daniel Brata (Rumıniya) – Levan Jorjoliani (Gürcüstan) cütünün qalibi olacaq.

İdmançımızın növbəti mübarizəsi bir saatdan sonra baş tutacaq.

***

Bu dəqiqələrdə cüdoçumuz gürcüstanlı Levan Jorjolioni ilə qarşılaşmada qalib gəldi və 1/4 finala vəsiqə qazandı. İdmançımızın rəqibi cənubi koreyalı Hi-Tae Hvanqdır, qarşılaşma isə saat 15:29-da baş tutacaq.

***
Oyunboyu rəqibinə müqavimət göstərməkdə çətinlik çəkən cüdoçumuz 0-2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdmançımızın hələ ki bürünc medal qazanma şansı qalır.

Qeyd edək ki, Londona yollanan 8 cüdoçumuzdan 7-i artıq mübarizəni dayandırıb.

Ceyhun Əhmədov