“Çünki aşiq olmusan cananların əlasına” –Şeirlər

cunki-asiq-olmusan-cananlarin-elasina-seirler
Oxunma sayı: 763

Göz görə-görə

Ömrümə gətirdin ah-vayları, get,
Məni sen qocaltdın göz görə-görə.
Yıxdın qəlbimdəki sarayları, get,
Meni sen qocaltdın göz görə-görə.
***
Ölsəm oxşayarsan qəbrimi mənim,
Sən özün daşırdın səbrimi mənim,
Bilmədin, bilmədin qədrimi mənim,
Meni sen qocaltdın göz görə-görə.
***
Həmişə həsrətdən, dərddən yazdım mən,
Bu sevgi yolunu niyə azdım mən?
Bəlkə de bu yaşda qocalmazdım mən,
Meni sen qocaltdın göz görə-görə
***
Ömrümü bürüdü çənlər, qocaldım,
Narahat ürəyim inlər, qocaldım,
Düşməmiş saçıma dənler qocaldım,
Meni sen qocaltdın göz görə-görə.
***
Bir isti çayıma qənd atan da yox,
Darda imdadıma heç çatan da yox,
Gör nə günə qaldım, el tutan da yox,
Meni sen qocaltdın göz görə-görə.
***
Kor etdin sevgimin gözünü, çıx get,
Son dəfə de ürək sözünü, çıx get,
Başqa eşqdə sına özünü, çıx get,
Meni sen qocaltdın göz görə-görə...


Varsa

Sen daha nə umub nə istəyirsən?
Həyatda bir qədir bilənin varsa.
Men bəxti gətirən sanaram seni,
Menim tək dərdindən ölənin varsa.
***
Bu pərişan halım qalıb Allaha,
Meni ucuz tutdun, özünü baha,
Əlbəttə yuxuna gəlmərəm daha,
Hər gecə yuxuna gələnin varsa.
***
İndi mənəm zirvə hicran dağında,
Sənsə tək deyilsən sevda bağında,
Müvəqqəti olar ağlamağın da,
Gözünün yaşını silənin varsa.
***
Daha görməyəcəm senin üzünü,
Heç vaxt dərk etmədin "həsrət" sözünü,
Bəxtəvər sayırsan yəqin özünü,
Min yol gözlərinə gülənin varsa.
***
Yaramı qoparma, dərindir, dərin,
Men qulu olmuşam zülmün, kədərin,
Qəlbini göynətməz xatirələrin,
Dərdini, qəmini bölənin varsa.
***
Ürəyim sızlayar, kaman tək inlər,
Qara saçlarıma tez düşdü dənlər,
Ey ürək yandırıb ürək sevənlər,
Eşqin bələyinə bələnin, varsa...!

Qəzəl

Düşmüşəm mən bir gülün, bir hurinin sevdasına,
Bənzər əxlaqdan o yar lap Məcnunun Leylasına.
***
Eşqim ol tərz eşqdir, hərçənd nağıldan fərqi yox,
Adətən aşiq batır dərdin, qəmin dəryasına.
***
Qəlbimi ovsunlamış, bir kimsəni görmür gözüm,
Çünki gözlər bənd olub yalnız onun simasına.
***
Razıyam yansın canım fərağından dildarımın,
Qoy bələd olsun təki saf sevgimin mənasına.
***
Hər saat, hər saniyə istər ürək görsün onu,
Etmərəm mən etiraz, dönsəm əgər əşyasına.
***
Düşmə gel ruhdan qəti, vallah ey İlkin, səbr elə,
Çünki aşiq olmusan cananların əlasına.





İlkin Fəryad