Çürüyən əsgərin atası ağzını tikəcək – Etiraz

curuyen-esgerin-atasi-agzini-tikecek-etiraz-
Oxunma sayı: 660






“Prokurorluğa zəng edib oğlumun ölmünə görə açılan cinayət işinin istintaqı ilə maraqlandım. Mənə dedilər ki, hələ ekspertizanın rəyini gözləyirlər. Mən başa düşmürəm ki, hadisədən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, ekspertiza niyə rəyini verməyib. Axı mən oğlumun sağlam olmasına dair bütün həkim rəylərini, analizləri onlara təqdim etmişəm” . Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir ay əvvəl Azərbaycan ordusunun çürüyərək həyatını itirən əsgəri Eldar Novruzovun atası Qədir Novruzov bildirib. Onun sözlərinə görə, oğlunun ölmünə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir. Bu hadisə ilə bağlı açılan cinayət işinin istintaqının yubanmasından isə narahatdır. Q. Novruzov yaxın günlərdə hər hansı nəticə olmasa etiraz aksiyasına başlayacağını və ağzını tikəcəyini bəyan edib: “Mən istəyirəm ki, ölkə başçısı baş verənlərlə bağlı məni qəbul edib vəziyyəti öz nəzarətinə götürsün. Ali Baş Komandanın oğlumun ölümünə səbəb olan adamları cəzalandırmasını istəyirəm. Əgər bu baş verməyəcəksə, elə günü sabahdan etiraz aksiyasına başlayacam. Bütün ailə üzvlərimlə ağzımı tikib nəticə baş verməyənə qədər açmayacağam. Ən sonda isə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm. Oğlumun qatilləri cəzasını almayacaqsa, mən bu ölkənin vətəndaşı olmaq istəmirəm” .