Dağıstanda partlayış: ölən və yaralananlar var

dagistanda-partlayis-olen-ve-yaralananlar-var
Oxunma sayı: 686

ANS PRESS-in “Life News”a istinadən verdiyi məlumata görə, partlayıcı 5 ədəd altı litrlik kanistr həcmində olub. Bombaya birləşdirilmiş naqil onun basırıldığı yerin bir kilometrliyinədək uzanıb. Naqilin izi ilə irəliləyən istehkamçılar üstü örtülmüş tələyə düşüblər və bomba partlayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident nəticəsində 1 xüsusi təyinatlı həlak olub, 6 nəfər isə xəsarət alıb.