“Dağlarda dəryaça yaradılır” - Manşetlər

daglarda-deryaca-yaradilir-mansetler
Oxunma sayı: 679

Bu gün “Azadlıq” qəzetinin manşetində “Kərəm Həsənovun müavini kabinetindən aparılıb” başlıqlı xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Əmlak məsələləri üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları barədə yazıda məlumat yer alıb.

“Azərbaycan” qəzetinin manşet xəbəri Şəmkirçayın üzərində dəryaçanın yaradılması ilə bağlıdır. “Dağlarda dəryaça yaradılır” başlıqlı xəbərdə yaradılacaq dəryaça haqqında ətraflı məlumat yer alıb.

“Kaspi” qəzeti isə manşet xəbər olaraq qazdan zəhərlənmə hallarının səbəbləri ilə bağlı xəbəri seçib. “Qazdan zəhərlənmə hallarının səbəbləri açıqlandı” başlıqlı xəbərdə “Azəriqaz” İstehsalat Birliyinin əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanovun məsələ ilə bağlı fikirləri yer alıb.

“Yeni Müsavat” qəzetinin manşet xəbərində Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəisi Namiq Ələkbərovun gecə yarı baş vermiş qətlindən danışılır. “Bakıda gecə yarı müəmmalı qətl” başlıqlı xəbərdə hadisənin təfərrüatları və təhlili yer alıb.

“Yeni Azərbaycan” qəzetinin manşetində “Azərbaycan müdafiə sənayesi sürətlə inkişaf edir” başlıqlı xəbər yer alıb. Xəbərdə bu sahədə görülən işlərdən və nailiyyətlərdən bəhs olunur.

“525-ci qəzet” manşet xəbər olaraq xalq artisti Qədir Rüstəmovun ölüm xəbərini dərc edib. “Görkəmli xanəndə Qədri Rüstəmov vəfat etdi” başlıqlı xəbərdə xalq artistinin vida və dəfn mərasimi ilə bağlı məlumat yer alıb.

“Bizim yol” qəzetinin manşetində isə “Neft şirkəti yenə ev yıxdı, qan tökdü” başlıqlı xəbər yer alıb. Xəbərdə Binəqədi rayon Xocasən qəsəbəsi və qəsəbənin Sulutəpə yaşayış massivində evlərin sökülməsi zamanı yaşanan gərginlik barədə məlumat verilir. “Evlər əmlakı ilə birgə dağıdıldı, insanlar döyülüb yaralandı, jurnalistlər zorakılıqla üzləşdi, hökumət isə susur...”- deyə xəbərdə bildirilir.

“Şərq” qəzetinin maşetində isə “Qarabağa yenə səfər edəcəyik” başlıqlı xəbər dərc olunub. Xəbərdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Qarabağ münaqişəsinin həlli ilə bağlı “Biz bu işi davam etdirəcəyik ki, bizim gənc nəsil Dağlıq Qarabağ problemini həll edə bilsin” kimi fikirləri yer alıb.

“Xalq cəbhəsi” qəzeti manşet xəbər olaraq İran ayətullahı Seyid Əli Xamneyninin oğlu və bir neçə “Sepah” generalının həbsi ilə bağlı xəbəri dərc edib. “İranda hakimiyyətdaxili çəkişmə yeni mərhələdə” başlıqlı xəbərdə generalların həbs olunmasının səbəbləri barədə məlumat verilir.

Hazırladı: Fatimə Kərimli