“Dağlıq Qarabağ münaqişəsi əngəldir”

dagliq-qarabag-munaqisesi-engeldir
Oxunma sayı: 646

Bunu “MK-Türkiyə” portalına müsahibəsində Türkiyə prezidenti Abdullah Gül deyib. Onun sözlərinə görə, Cənubi Qafqazın Türkiyə, eləcə də Rusiya ilə qonşuluq edən region kimi mühümlüyü aydındır: “Biz yaxın regionda sülh, stabillik və əmin-amanlıq şəraiti yaratmağa hədəflədiyimiz strategiyanı rəhbər tutaraq bu regionda da müvafiq mühiti yaratmağa çalışırıq. Bildiyiniz kimi hazırda Dağlıq Qarabağ münaqişəsi belə bir mühitin yaradılmasına əngəl olan əsas problemlərdən biridir".

Abdullah Gülün sözlərinə görə, Türkiyə münaqişənin həllinə yardım etməyə hazırdır: “Güman edirəm ki, Türkiyənin bu məsələdəki mövqeyi Rusiyanın da fikirləri ilə üst-üstə düşür. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində əldə edilə biləcək irəliləyiş bu nöqteyi-nəzərdən həlledici əhəmiyyət kəsb edəcək. Bununla əlaqədar olaraq bir daha vurğulamaq istərdim ki, münaqişənin həll edilməsində Rusiya prezidentinin şəxsən iştirak etdiyi problemin həllinə hərtərəfli yardım etməyə hazırıq. Bu yolda əldə ediləcək inkişaf, şübhəsiz, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir etmiş olacaq. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması məsələsinə dair mövqeyi budur. Biz normallaşma prosesinin uğurlu həllini səmimi qəlbdən azrulayırıq”.