Dağlıq Qarabağa erməni köçürmək proqramı başladı

dagliq-qarabaga-ermeni-kocurmek-proqrami-basladi
Oxunma sayı: 675

“Qafqazinfo”nun erməni saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı tədbirin təşkilatçıları bildiriblər ki, proqramın əsas məqsədi xaricdə yaşayan 3500 ermənini köçərək Ermənistan və Dağlıq Qarabağda yaşamağa inandırmaqdır. Proqramın həyata keçirilməsinin Ermənistanın real inkişafına kömək edəcəyi qeyd edilir. Əgər ölkəyə hər yeni gələn ev almaq üçün orta hesabla 50 min xərcləyəcəksə, həmçinin biznesə qoşulsa yaxud sadəcə vətəndə yaşasa Ermənistan büdcəsinə 175 milyon dollar daxil olacaq. Bundan başqa, ölkəyə qayıdanların bilik və təcrübələri Ermənistanda biznes-mühitin formalaşmasına da şərait yaradacaq.

Səidə