“...Dağlıq Qarabağda müharibə qaçılmazdır”

dagliq-qarabagda-muharibe-qacilmazdir
Oxunma sayı: 649

Milli Məclisinin vitse-spikeri Bahar Muradova belə hesab edir. “Əgər Serj Sarkisyanın mövqeyi rəhbər tutulsa, o zaman müharibə qaçılmazdır” – deyə B.Muradova Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti şərh edərək bəyan edib.

“Əgər Azərbaycan bu məsələni Sarkisyanla müzakirə edərsə, o zaman müharibəni gözləmək lazımdır”, - deyə o əlavə edib. Vitse-spikerin sözlərinə görə, dinc sakinlərin qan tökülmələrinə imkan yaradan dövlət başçıları barəsində sanksiyalar qəbul edən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının günahkarları barədə ikili standartlar nümayiş edirlər.

“Bununla belə, vəziyyəti qiymətləndirərək deyə bilərəm ki, Dağlıq Qarabağ problemini müharibəsiz həll edə bilərik. Biz Ermənistanı sülhə vadar etdirmək üçün müəyyən qüvvələrə təsir göstərməyə davam edəcəyik”, - deyə o bildirib.