Dağlıq Qarabağda “sükut günü”

dagliq-qarabagda-sukut-gunu
Oxunma sayı: 639

Namizədlər arasında qondarma respublikanın hazırkı başçısı Bako Saakyan, müdafiə nazirinin sabiq müavini Vitali Balasanyan və Ermənistan Kənd Təsərrüfatı universitetinin Xankəndi Filialının prorektoru Arkadi Soqomonyan var.

DQR-in Mərkəzi Seçki Kampaniyasının məlumatına görə, qeydə alınan seçicilərin sayı 98.909 nəfərdir. Seçkilərdə iştirak etmək üçün Qarabağa Ermənistanın parlament nümayəndələri də gələcəklər. Seçkinin gedişində müşahidəçi funksiyasını 4 yerli ictimai təşkilat həyata keçirəcək. Bundan başqa, qondarma respublikadakı seçkilərə nəzarət etmək üçün Rusiya dövlət dumasından da nümayəndələr buraya səfər edəcəklər.