“Qafqazinfo”nun verdiyi məlumata görə, əvvəlcə iki yunan-roma güləşçimiz gücünü sınayacaq.
60 kq çəki dərəcəsində Həsən Əliyev norveçli Stiq Andre Berqenin kürəyini yerə vurmağa çalışacaq. 84 kq-da isə Saman Təhmasibi gürcüstanlı Vladimir Qeqeşidze ilə mübarizə aparacaq.
Son olaraq boksçumuz Məhəmmədrəsul Məcidov rinqə çıxacaq. O, 1/4 finalda rusiyalı Maqomed Omarovla üz-üzə gələcək.
İdmançımız bu görüşdə qələbə qazanarsa, ən pis halda bürünc medal qazanacaq.
17:27. 1/8 final – 60 kq.
Həsən Əliyev – Stiq Andre Berqe
17:36. 1/8 final – 84 kq
Saman Təhmasibi – Vladimir Qeqeşidze
02:30. 1/4 final – 91 kq +
Məhəmmədrəsul Məcidov – Maqomed Omarov
Ceyhun Əhmədov