Daha bir əsgərimizi itirdik- Yeniənib

daha-bir-esgerimizi-itirdik-yenienib-
Oxunma sayı: 650

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər yenidən ordu haqqında narahatlıq doğuran xəbərlər intensivləşib.

Bu arada “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
Azərbaycan Respublikasının Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri haqqında yeni statistikanı açıqlayıb. Statistikaya görə, 2011-ci il, yanvarından sentyabr 21-dək, yənu bugünə kimi orduda 71 ölü, 70 yaralı faktı qeydə alınıb.