Daha bir idmançımız medalsız qaldı - Yenilənib

daha-bir-idmancimiz-medalsiz-qaldi-yenilenib
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, hazırda davam edən mübarizədə idmançımız birdən qaldırma üzrə 175 kq sifariş verib.

***
İntiqam Zairov 175 kq çəkini qaldırsa da, nəticəsi ləğv olundu.

***
Birinci cəhdi qeydə alınmasa da, idmançımız ikinci cəhddə asanlıqla eyni çəkini- 175 kq-ı qaldırmağı bacarıb.

***
İntiqam Zairov üçüncü cəhddə 182 kq çəkinin öhdəsindən gəlib.

***
Birdən qaldırma üzrə nəticələrə görə idmançımız 5-ci yerlə kifayətləndi. Sırada idmançımızı təkanla qaldırma mübarizəsi gözləyir.

***
İdmançımız təkanla qaldırmada 215 kq çəkinin öhdəsindən gəlməyi bacardı. İdmançımız 223 kq sifariş verib.

***
İntiqam Zairov 223 kq-ı qaldıra bilmədi və hələki 4-cü yerdədir.

***
İntiqam Zairov 225 kq sifariş versə də öhdəsindən gələ bilməyib. O, 397 kq nəticə ilə 6-cı oldu. Beləliklə, daha bir idmançımız olimpiyadanı medalsız tərk edib.