Daha bir jurnalist bıçaqlanıb

daha-bir-jurnalist-bicaqlanib
Oxunma sayı: 645

“Qafqazinfo” Simsar.az saytına istinadən xəbər verir ki, bıçaqlanan jurnalist “Reytinq” qəzetinin əməkdaşı Elşad Ümiddi. O, hazırda 1 saylı Bakı Klinik Xəstəxanasındadır. Hələlik yaralının vəziyyəti, hadisənin səbəbləri barəsində açıqlama verilməyib. E. Ümidin qohumları heç bir suala cavab vermir, yaralının özü ilə görüşməyə şərait yaradılmır.

Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə isə sayta deyib ki, qəzetin rəhbərliyi E. Ümidlə görüşə bilib: “Biz Elşadla görüşdük, elə bir ciddi hadisə baş verməyib. Onun sifət nahiyəsi əzilib. Həkimlər tibbi yardım göstəriblər. Hadisənin harada və necə baş verdiyini isə xatırlamır. Biz ətraflı məlumat topladıqdan sonra mətbuat üçün açıqlama ilə çıxış edəcəyik”.