Daha bir jurnalist qətlə yetirildi

daha-bir-jurnalist-qetle-yetirildi
Oxunma sayı: 691

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Amerikanın səsi” yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Aatifi Şabkadar şəhərində axşam tərəfi qətlə yetiriblər. Radiostansiyanın əməkdaşı başından və sinəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirsələr də jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Pakistanın informasiya naziri Firdus Aşiq Avan bəyan edib ki, hakimiyyət orqanları qətl hadisəsi ilə bağlı araşdırmalar aparır, reportyorun ailəsi isə maddi yardımla təmin ediləcək.

“Amerikanın səsi” qeyd edir ki, ehtimallara görə, Pakistanda jurnalistlərin çoxsaylı qətllərinin arxasında təkcə “Taliban” deyil, dövlət xüsusi xidmət orqanları da dayanır.

2011-ci ilin payızında ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin sədri admiral Mayk Mallen döyüşçülərlə Pakistan kəşfiyatı arasında əlaqələrin mümkünlüyündən danışmışdı.