Daha bir tikinti şirkətinin cinayət əməlləri aşkarlandı

daha-bir-tikinti-sirketinin-cinayet-emelleri-askarlandi
Oxunma sayı: 646

Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəyyən edilib ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı edib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.