Daha bir zavod 24 saatlıq iş rejiminə keçdi

daha-bir-zavod-24-saatliq-is-rejimine-kecdi
Oxunma sayı: 694

“Azersun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərovun “Qafqazinfo”ya verdiyi məlumata görə, bölgədə məhsuldarlığı nəzərə alaraq, fermerlərdən toplanan məhsulların birbaşa istehsala göndərilməsi üçün zavod iş həcmini və iş növbəsini artırıb. Zavoddan bildirirlər ki, İmişli-Biləsuvar regionunda və yaxın ərazilərdə pomidor yetişdirən fermerlər kiloqramı 9 qəpik olmaqla məhsullarını zavoda təhvil verə bilərlər.
Hazırda zavodda mürəbbə, tomat pastası, tərəvəz turşuları, kompot istehsal olunmaqdadır.

2010-cu ildən fəaliyyət göstərən və tarlada yerləşən Natural Greenland konserv zavodunda yüksək keyfiyyətli məhsul istehsalı üçün müasir laboratoriyalar, modern texnoloji avadanlıqlar quraşdırılıb. Zavodda əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ciddi riayət olunmaqla yanaşı, istehsal prosesinin gigiyenik olmasına ciddi nəzarət olunur.

Nigar Məmmədli