DAK-da nə baş verir?

dak-da-ne-bas-verir
Oxunma sayı: 1041

Tarixi 1997-ci illərə gedib çıxan bir təşkilatda “Birlik” oyunları bitmək bilmir ki, bilmir. Nədir bu mübarizənin məqsədi, nədən biriləri işini gücünü atıb bu təşkilatla “uğraşmaya” vaxt sərf edir? Bəzən düşünürsən ki, nədən bu adamlar mübarizənin hədəfi başqa yerdəykən, bu qədər başımızda bəlalar varkən, torpaqlarımız beş yere parçalanmışkən hər şeyi bir tərəfə buraxıb sanki bütün bəlalarımızın başında DAK imiş kimi işlərini güclərini atıb bütün enerjisini,vaxtını bu təşkilata parçalamağa cəhd edirlər.

Yaxşı bəs nədir bu DAK-da baş verənlər ? Birilərinin sədr olmak isterikasımı? Mənəm mənəmlik davasımı? Mənim sözüm keçməlidir prinsipimi? farsa, rusa, erməniyə dolayısı yolla xidmət etmək sevdasımı? Kreslo savaşımı ? Yoxsa həqiqətən Birlik sevdasımı?

Bu prorseslərdə hələ gənclik yaşından fəallıq göstərən demək olar ki DAK- da illərini vermiş bir insan kimi sizə açıq və gün kimi aydın olan, bələkdəki körpənin də bildiyi cavabı vermək istəyirəm. Bugün DAK-da baş verənlərin qətiyyən sözdə birləşmə ilə heç bir əlaqəsi yoxdur. Yaxından uzaqdan bu məsələyə heç bir aidiyyatı belə yoxdur.

Doğurdanmı bu adamlar birlik istəyir? Bax bu sualın cavabını sizlərin öhdənizə buraxacam. Amma əvvəlcə sözdə birlik istəyənlərin qısaca bugünə qədər göstərdikləri fəaliyyəti nəzərinizə çatdırmaq istəyirəm.

Əvvəla gələk ayrılma və “parçalanmanın” birinci mərhələsinə :

2003-cü ildə kim bölüb təşkilatı adını da DAK qoymağa cəhd etdi?

Cavab : Bu gün Birlik, Həmrəylik deyib aləmə car çəkən və bu tamaşanın baş aktyorlarından Əhməd Obalı, Məhəmmədrza Xeştilər.

Hörmətli bəylər! sizlər DAK qurultaya hazırlaşdığı bir ərəfədə 3 nəfərlə ayrılıb, DAK adına iddia etmədinizmi? Sonradan nə qədər car çəksəniz də əlinizdə olan media vasitələrindən istifadə etsəniz də qondarma yaratdığınız DAK ictimai şüura oturmadı, ortalıqda görünmədi və daha sonra DAK adı uğrunda savaşdan imtina edib böyrünə bir “D” hərfi artırıb DDAK etmədinizmi?

Soruşacaqsınız ki bəs bu DDAK-ın sonu nə oldu? Bu təşkilat da daxili intriqa çəkişmələr, fəaliyyətsizliyi nəticəsində tam fiaskoya uğradı ,bir sözlə DAK-ı sözdə birləşdirib diasporamızı bu durumdan qurtarmaq istəyənlərin ortalığa real bir iş qoymaması, bu təşkilatı da ortadan qaldırdı. Bütün günü vətən , millət,diaspora kimi milli ideallar uğrunda mübarizə apardığını bəyan edən Obalı bəylərin ortalığa ciddi bir iş qoymadıqdan sonra bu təşkilat macarası fiaskoya uğradı. (Gün AZ TVni bu işə aid etmirəm)

Digər sual ortalığa çıxır. Bəs DAK “Birlik” qurultayı deyib inad edən, sanki birləşmədən başqa gecə gündüz ayrı bir dərdi. Problemi olmayan Cavad Derəxti o zaman hardaydı? Mən sizə cavabı verim.O zaman Cavad Derəxti DAK-ın sədri idi. DAK adına tədbirlər, qurultaylar,ziyafətlər keçirir heç bir parçalanmadan belə söz etmirdi. Hətta inanın mənə, hazırda eyni cəbhədə dayandığı Obalı, Xeşti bəyləri çox ağır tənqid edir, bir sözlı ağ yuyub qara sərirdi. Onları hətta düşmən qiyafəsində təqdim edir, farsa, rusa xidmətdə ittiham etmək kimi ağır, şantaj və təhqirlərdən belə yan keçmirdi. Mən bu sözləri qətiyyətim və tam məsuliyyətimlə deyirəm, əgər Cavad bəyin zərrə qədər etirazı varsa çıxsın desin deməmişəm və yalandır. O zaman mənim də ortalğa çıxaracaq faktlarım var, baxaq görək Cavad bəy o sübutlarımı da yalanlaya biləcəkmi ?!

Ola bilər ki o zamanlar Cavad bəy DAK-ın şanı şöhrətinə o qədər göylərə ucalmışdı ki, gözü ayağının altını görmürdü.

Sizə Cavad bəyin elan etdiyi “Birlik” ifadəsinin saxta olduğunu və əslində bu gözəl ideyanın arxasında oyunlar oynandığını bircə faktla sübut edəcəm.2004 cü ildə mən DAK Gənclər Təşkilatında sədr ikən Cavad bəy məni nədən sədrlikdən uzaqlaşdırıb yaratdığımız güclü , təşkilatlanmış gəncləri nədən pərən pərən saldığının səbəbini bilirsinizmi? Sadəcə və sadəcə Əhməd Obalı ilə internet vasitəsi ilə əlaqə saxladığıma görə!!!! Sərəncamı verərkən bir də məni bölücülükdə, xəyanət və təşkilatı parçalamağa cəhd edən Obalı ilə əlaqədə ittiham etmişdi. Bu faktdan sonra Cavad bəyin birləşdirici olması sizə gülünc gəlmirmi? Başqa sadalayacağım faktlar kifayət qədər çoxdur sadəcə vaxtınızı almaq və sizi çox yormaq niyyətində deyiləm. O yaman nədən cənab Derəxti məni xəzanətdə suçlamışdı? Bu məntiqlə hazırda ən böyük xəyanətkar özü deyilmi?

Bu təşkilata gələn hörmətli adamları, tarixçi , yazıçı, millət vəkili, alimlərimizi, aydın ziyalılarımızı küsdürən , təşkilatdan uzaq salan məhz Cavad bəyin yalnış idarəçiliyi, verdiyi təyinatlar olub. Bir düşünün Dünya Azərbaycanlıları Konqresi adı olan bir təşkilatda ictimai siyasi məsələlər üzrə müşavir xalq artisti (pri madonna) İlhamə Quliyeva idi. Artıq şərhə ehtiyac yoxdu.Deyilmi?.....

Cavad bəy sədrlikdən getdikdən sonra da bu təşkilatdan əl çəkmir ki çəkmir. Cavad bəy hər kəsin önündə sədr seçkisində məğlub oldu. Məğlub olan kimi ilk dediyi, normal, sivil təşkilatlarda olduğu kimi qarşı tərəfi təbrik etməli və uğurlar arzu etmək olmalı idisə , səslər yenindən sayılsın çağrısında bulundu.O zaman hər kəs Cavad bəyə təşkilat başından hörmətlə ayrılmağı məsləhət gördü. Qurultay başa çatar çatmaz, bizi gətirən Köln Bakı təyyarəsinin təkərlərinin istisi soyumamış, bir də eşitdik ki, bəs sən demə İsveç vergi orqanları Qulamrza Səbri Təbrizinin sədrliyini qəbul elemir. Deyir ki yox ee qurultay nə karədi ki biz olan yerdə, bəs Cavad bəy sədr sənsən.Bu zaman ortalğa adamlar düşüdü , ay Cavad bəy etmə eləmə qurultayı yeni keçirmişik hələ təzəcə ayaqlarımızın yorğunluğu getməyə başlayıb. Hətta o zaman 6 ay sonraya da növbədənkənar qurultay da təyin etmişdi. Qınamıram bəlkə də İsveçin bəzi orqanları Cavad bəyə məlumatsızlıqdan sədr deyə müraciət etmiş, cənab Derəxtinin də bir anlıq Bakıdakı ziyafətləri , hörmətli qonaq olması, anları yadına düşdüyü üçün bir bir anlıq nostalji hisslərə qapilmışdı. Açığını desəm sonuncu iddiyaya Cavad bəy ozünü belə inandıra bilməmişdi. Elə buna görə də bir neçə az sonra iddiasından əl çəkdi.

Sonradan Obalı bəygilin tərəfi yadlarına düşdü ki, biz bölünmüşük axı. Bu zaman Qulamrza bəy Obalı bəy artıq “Birlik “ danışıqlarına getmış və hətta birləşdirici qurultaya hazırlıq komitəsi yaradılmışdı. Bu komissiyaya biz tərəfdən zani DAK-dan hörmətli millət vəkili , xalq şairi Sabir Rüstəmxanlı başçılıq edir və danışıqları aparmağa çalışırdı. Əslində bu prosesdə Sabir bəyi anlamamaq çətin deyildi. Axı Sabir bəyi yenə bölücülükdə, təşkilatı parçalamaqda ittiham edəcəkdilər. Bu ağır ittihamı heç bir ziyalı qəbul etməzdi və Sabir bəy əslində bunu da etdi. Halbuki Sabir bəy zamanında bu təşkilatda problem yaşandığında nə yaxından, nə də uzaqdan bu prosesdə iştirak etməmişdi. Təşkilatdan küsüb gedib DDAK yaradanlar Sabir bəyə görə deyil bir zamanlar Cavad bəylərə etiraz olaraq təşkilatı tərk etmişdilər. Günlərin bir günü nə istədiyini bilməyən , is gücləri hay küy salmaqdan ibarət olan bəzi dostlarımız bu komissyanın yaradılmasına İsveçdən etiraz sədaları ucaltmağa başladılar və hətta Qulamrza bəyi Obalı gilnən danışıqlara getdiyi üçün “xəyanətkar” adlandırıb istefaya çağıranlar da oldu.

Bilirsinizmi ortalığa atılmış DAK birlik qurultayina etiraz edənlər kimlər idi? (Əslində o zaman DAK-ın birliyi deyil DDAK-la DAK-ın birliyi müzakirə mövzusu idi)

Səməd Fərtaş, Məhəmməd Azər, Cavad Derəxti, Hüseyin Vüsuqi, Fərəməz Quluzadə. Hansı ki bugün ortalığa “Birlik” ideyasını atanlar. Ortalıqda anormal və gülünc bir mənzərə var. Bir zamanlar birliyə gedənlər xəyanatkardır deyənlər nə oldu birdən birə “birlik” aşiqi oldular? Burda atalar yaxşı deyiblər : Adımı sənə qoyum səni yana yana qoyum.

Sonuç nə oldu? Uzun çəkən mübarizədən sonra Qulamrza Təbrizi Obalı bəy gillə yəni DDAK-la “birləşdi”. Bu yaman yenə DDAK “D” hərfini götürüb yenə təşkilatı DAK adlandırmağa başladılar. Sabir bəy mənim də iştirak etdiyim İdarə Heyyəti iclasında Qulamrza bəyin istefasına etiraz etsədə , inadlı təkid və xahişlərdən sonra Sabir bəyi DAK-a rəhbərlik etməyə razı saldılar. Bu zaman yenə Cavad bəyin səsi İsveçdən , pri madonna İlhamə Quliyevanın səsi Bakıdan eşidilməyə başlandı. Ay aman DAB yaranır , yeni proses başlayır.Soruşduq ki cənablar bu DAB nə deyən şeydi , dedilər ki bəs Dünya Azərbaycanlıları Birliyi. Dedik ki, şükürlər olsun yəqin Cavad bəy əlini yaxamızdan çəkdi.
Sonra təşkilatda söz söhbət davası yaratmaq istəyənlər yenidən başladılar ortalıqda oyunlar çevirməyə. Nəysə... Dedik qurultaydı,belə hallar, etirazlar olur bu da tam demokratik bir haldır.Bir təşkilatda etiraz edən də olar ona qarşı çıxanda.
Nə yaziq ki, dəyər verdiyimiz insanlar meydana çıxdılar və yenidən “Birlik “ deyib əslində parçalanmağa xidmət edən olaylar başlandı. Bu nə zaman baş verdi, DAK Azərbaycan nümayəndəliyi ləğv edildi və bəzi İdare Heyyəti üzvlərimizin fəaliyyəti donduruldu.Şəxsim adına deyim ki, bucür hallar təşkilatda yenidən söz söhbət yaradacağına , insanların inciyib aramızdan aralanacağına və nəhayət dostlarımızı itirəcəyimizə görə bucür qərarların verilməsini gərək duymadım və doğru hesab etmədim. Bu konfliktlər yaşanmaya da bilərdi. Heç olmazsa növbəti qurultaya qədər gözləyə də bilərdik.

İnanın ki, yuxarıda adlarını sadaladığım şəxslərlə mənim şəxsi heç bir problemim yoxdu, hətta deyərdim ki, bir çoxları ilə səmimi yoldaşlıq münasibətlərim də var. Bilirəm ki, bir çox dostlar bu yazımdan sonra məndən inciyəcəklər.
Dost acı söylər və həqiqəti söylər.

Mən qarşı cəbhəyə keçib sözdə birlikdən danışan dostlara sual edirəm nədir bu birlik dediyiniz ideyanın məqsədi? Obalı bəy ele heyy birlikdən danışır. Səmimisə o zaman nədən DAK-dan ayrılan, küsən , inciyən olursa o anda heç fürsəti əldən buraxmayaraq, çoxdan gözləyirmiş kimi bu adamlarla keçmişdə olanları unudaraq hər ayrılan qrupla birləşirəm deyir?! Əlində bir televizyası varki, istədiyi adamı , istədiyi təşkilatı sadəcə necə istəyirsə elə də tənqid etdirir. Kusura baxmayin ama mənim bu telekanala Güneyin Tvsi deməyə dilim gəlmir.Çünki Güneydəki insanımızın nə düşündüyünü biz bilmirik.Nədən ? Çünki bu cür tv-lər vaxtını bu işə sərf etməli olduğu halda Əhməd bəyin səxsi düşüncələri əsasında idarə edilir. Kimi istərsə söyür, kiminlə dostdusa ona mikrafon uzadir, hansı ideyani istəyirsə onu da işıqlandırır. Bu adam bəzən demokratik ölkədə yaşadığını unudur və bucür ölkələrdə televiziyaların necə idarə edildiyini gözəl bilir. Bu birləşməni kənara qoyub mən Əhməd bəyə təklif edərdim ki, ya ABŞ-da xəbər verlişlərinə tez tez baxsın ya da heç olmazsa jurnalistika kursuna getsin ki, televizyanin mətbəx orqanı olmadığını öyrənsin.

Mən sizə birləşmək istəyirik deyənlərin keçmişdəki fəaliyyətlərinə az da olsa nəzər salmaqda yardım etdim.Bir düşünün bu təşkilata bir neçə ay bundan öncə qatılan birisi təşkilatda nəyin baş verdiyini necə bilə bilər? O nece və hansı əsasla müəyyən etdi ki təşkilat parçalanıb?!

Və ya adını yeni eşitdiyim heç bir zaman DAK-ın fəaliyyətində bugünə qədər ortalıqda olmayan Oktay bəy “Birlik” deyib heç özünün də bilmədiyi bir işə qarışır?! Və ya eləcə də keçmiş Baba Tağıyevi misal çəkə bilərəm.

Kim sizə icazə verib ki, illərimizi verdiyimiz, bu təşkilatda , siz millət vəkili, iş adamıykən öz işinizdə gücünüzdə , biz isə ağr iztirablar, pulsuzluq, yuxusuz şəraitində qoruyub saxladığımız təşkilata parçalandı damğasını vurasınız?!

Nədir sizin istəyiniz cənab Derəxti ? Budaqdan budağa qonmaqla nə əldə etmək istəyirsiz? Yorulmadınızmı bu oyunlardan?

İllərlə azadlıq mücadiləsi vermişəm, illərlə həbsxana yatmışam deyib həssas hisslərimizə toxunub DAK-ın bir gün belə üzvü olmayan Bəhruz bəyi DAK İdarə Heyyətinə seçdik. Sizə səs verdik ki gəlib başımıza oyunlarmı açasınız?

Ola bilər ki siz bu təşkilatı parçalamaq üçün pullar xərcliyəsiz , vaxt sərf edəsiniz. Amma əziyyətinizin boş qalacağına sizi əmin edirəm. Bu təşkilatın içində mərd ürəkli, cəsarətli, ağıllı gəncləri var. Sizin bu gənclərlə mübarizəyə gücünüz yetməz.

Mən bu işin başında olanlara səslənirəm! Siz istədiyinizi edin, əlinizi beş qaba çəkin, bacarmızacaqsınız ! Biz sizə imkan verməyəcəyik. Lazım olsa yenə gecələr yatmayacağıq, pulumuzu son qəpiyinə qədər xərcləyəcəyik amma məkirli planın baş tutmasına DAK-ın parçalanmasına imkan vermiəcəyik. Bunu heç bir zaman unutmayin.Əgər özünüzü buna hazır hesab edirsinizsə heç durmayın, elə günü bugündən başlaya bilərsiniz.

Bir dost, bir gənc kimi müraciət edirəm , bir çəkilin kənardan baxın özünüzə, nə edirik deyə öz özünüzə sual verin. Ayıbdı!!!! Bu qədər torpaq itirmişik, dost itirən vaxtımız deyil. Heç olmazsa tək təklifim budur ki, imkan varsa DAK-ı müzakirə etmək üçün İsveçə toplandığınız kimi, pul xərcləyin bilet alın, 20 yanvarda Şəhidlər Xiyabanına gəlin. Ordakı gənc şəhidlərimizin üzünə baxıb, əlinizi vicdanınızın üstünə qoyub düşünün.Biz doğrumu edirik? sualını özünüzə sual edib düşünün.İnanıram ki,o zaman tapacaqsız bu sualın cavabını.

Rəşad Xasayoğlu
DAK-ın İsveçrə Nümayəndəliyinin rəhbəri