Dalğaçılar Fransa səfirliyi qarşısında aksiya keçirdi - Fotolar

dalgacilar-fransa-sefirliyi-qarsisinda-aksiya-kecirdi-fotolar
Oxunma sayı: 664

“Qafqazinfo”ay DGH-nın mətbuat xidmətindən verilən məlumta görə, aksiyanın keçirliməsində məqsəd Fransa senatında qondarma “erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiq edilməsi”ni nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi olub. Aksiya flash-mob xarakterli keçirilib. Aksiyada Dalğaçılar üzərində fransızca “Fransız maarifçilərinin əziz xatirəsinə” (“Dedie a la memoire de cher Lumieres Françaises”), “İfadə azadlığının əziz xatirəsinə” (“Dedie a la cher memoire de la liberte de d’expression”) və “Fransız həmfikirlərimizə salam olsun” (“Nous accueillons les pesonnes semblable de la France”) yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirib və Fransa Azərbaycan bayraqlarını yüksəldiblər. Aksiyada 30-a yaxın Dalğaçı iştirak edib.
Etiraz Aksiya Dalğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılının göyə göyərçin buraxması ilə başa çatıb. Flash-mob dinc xarakterli olub, özündə sülh və sevgi əks etdirib. Flash moba polisin müdaxiləsi olsa da saxlanılan olmayıb. Polislər Hərəkat üzvlərindən yalnız 2 nəfəri səfirliyin binasının qarşısına gedib qətnaməni təqdim etməyə icazə veriblər.