“Dalğa”dan Milli Dirçəliçilərə sərt cavab-“Hamam suyuna dost qazanmayın”

dalgadan-milli-dircelicilere-sert-cavab-hamam-suyuna-dost-qazanmayin
Oxunma sayı: 658

“MDHP gənclərindən mən düzü heç kimi tanımıram və bu günə qədər bilmirdim ki, MDHP-nin gənclər təşkilatı var. Bir şey etmədən, heç bir fəaliyyət nümayiş etdirmədən, fürsətdən istifadə edib bəyanat yaymaq, heç bir fakt qeyd etməmək, yalnız pafosdan istifadə etmək “hamam suyuna dost qazanmaq”, yəni fürsətdən istifadə edib gündəmə gəlməkdən başqa bir şey deyil”.

“Dalğa” MDHP Gənclər Təşkilatını faktlar əsasında çıxış etməyə çağırıb: “Dalğa heç zaman Azərbaycan dövlətçiliyinə və dövlət maraqlarına qarşı çıxmayıb. Azərbaycan xalqında belə bir deyim var – “Peyqəmbərdən çox dindarsan?”. Dövlətin özündənmi çox dövləti düşünürsüz? Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlətçiliyi qoruyan xüsusi xidmət orqanları var, Milli Təhlükəsizlik Nazirliyi var, onlar buyursunlar araşdırsınlar ki, doğurdanmı biz vətən xainiyik, doğurdanmı xarici dövlətlərə işləyirik, həqiqətənmi pula dövlətçiliyimizi satmışıq? Biz hüquq çərçivəsində öz əməllərimizə cavab verməyə hazırıq”. Dalğa onlara qarşı olan bu kampaniyanın mərkəzdən idarə olunduğunu və təhsil artırılmasına qarşı olan fəaliyyətlərinə kölgə salmaq məqsədi daşıdığını vurğulayıb.