“Dalğa”nın üzvünə həbs verildi

dalganin-uzvune-hebs-verildi
Oxunma sayı: 694

Hərəkatın mətbuatın xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, onlardan biri Qurban Məmmədov polis tərəfindən saxlanılıb və Yasamal rayonunda yerləşən 28-ci polis bölməsinə aparılıb. 28-ci polis bölməsində protokol aktı tərtib olunaraq 310.1-ci maddə ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) Yasamal rayon məhkəməsinə aparılıb. Yasamal rayon məhkəməsinin qərarı ilə Qurban Məmmədov barəsində 5 sutkalıq inzibati həbsin tətbiq olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Qurban Məmmədovun dediyinə görə, o heç aksiyada iştirak etməyib. O, aksiyaya gedərkən tanımadığı insanlar tərəfindən saxlanılıb və maşına salınaraq bölməyə gətirilib. «Biz Dalğa Gənclər Hərəkatı olaraq bu həbsi qətiyyətlə pisləyir, bunu Azərbaycan vətəndaşlarının konustutsiyon hüququnun pozulması kimi qiymətləndirir və müvafiq qurumlardan Qurban Məmmədovun tezliklə azad edilməsini tələb edirik”.

Hərəkat vətəndaşların sosial problemləri ilə bağlı aksiyalara bundan sonra da dəstək verəcəyini bəyan edib.