Davudoğlu Klintona: “Sağ əlim başınıza”

davudoglu-klintona-sag-elim-basiniza
Oxunma sayı: 705

Eyni iclasda iştirak edən Fransa qiyamçılara 290 milyon avro, Küveyt isə 180 milyon dollar yardım vəd edib. ABŞ dövlət katibi Hillari Klinton isə Qəddafi rejiminin ömrünün saylı olduğunu deyib.

Daha sonra Əhməd Davudoğlu Hillari Klintona bu gecə (dünən) ikinci nəvəsinin dünyaya gəldiyini deyib. Klinton isə bu xəbərə sevinib və əlini Davudoğlunun əlinə çırparaq onu böyük coşqu ilə təbrik edib. Türkiyə baş diplomatının “sağ əlim başınıza” – sözünə isə ABŞ dövlət katibi “Hələlik belə bir xəbər yoxdur, bilmək də olmaz” – deyə gülümsəyərək cavab verib. Davudoğlu isə xanım Klintona “nənə olmaq üçün çox cavansınız” – deyib.