Davudoğlu rus gəlinlərin sayının artmasını istəyir

davudoglu-rus-gelinlerin-sayinin-artmasini-isteyir
Oxunma sayı: 639

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Davudoğlu ölkəsində rus gəlinlərinin sayının artmasını istədiyini dilə gətirib. Bunun önəmli olduğunu bildirən Davudoğlu rus gəlinlərinin türk ailə quruluşlarına çox uyğun olduğunu, rus və türk ailə mədəniyyətlərinin bir-birinə çox yaxın olduğunu qeyd edib. Nazir, həmçinin yaxın məsləhətçisi olan Elci Gürcanın da həyat yoldaşının rus olduğunu və çox örnək cütlük olduqlarını vurğulayıb. Davudoğlu əvvəllər XİN-də başqa milliyyətdən biriylə evlənməyin qadağan olduğunu, bunun üçün vəzifədən uzaqlaşmağın lazım gəldiyini xatırladıb. Lakin uzun müddətli mübarizədən sonra Davudoğlu Gürcanın evlilik üçün icazə ala bildiyini və bunun XİN-də inqilabi dəyişiklik olduğunu deyib.

Səidə