Daxili işlər naziri istefaya göndərildi

daxili-isler-naziri-istefaya-gonderildi
Oxunma sayı: 676

Milli.Az xəbər portalının "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, o, faktı təsdiqləyib. "Mənə zəng etdilər. Məlum oldu ki, belə dəyişiklik ediləcək, - deyə Sarkisyan bildirib. - Burada nə var ki? Bu, tamamilə normaldır. Bundan sonra da ölkəmizə, ölkə rəhbərliyinə və xalqımıza xidmət edəcəyəm. Həyatımda heç nə dəyişməyib".

A.Sarkisyan istefaya göndərilməsinin səbəbinin "pis işləməsi" olmadığı qənaətindədir: "Göstəricilərim çox yaxşıdır".
Yerinə müdafiə nazirinin müavini Vladimir Qasparyanın təyin olunacağını deyən A.Sarkisyan onu "peşəkar, normal insan" kimi xarakterizə edib.

A.Sarkisyan hansı vəzifəyə təyin ediləcəyini bilmir. Prezident Administrasiyası rəhbərinin müavini postunu tuta biləcəyi haqda məlumatlara toxunan A.Sarkisyan deyib: "Prezident hansı qərarı versə, elə də olacaq".