Daxili işlər naziri ölkədən qaçdı

daxili-isler-naziri-olkeden-qacdi-
Oxunma sayı: 651

“Azerimuslims.com”un xarici KİV-ə istinadən bildirdiyinə görə, Suriyada gündəm ölkənin daxili işlər naziri Məhəmməd əş-Şəarın müəmmalı şəkildə aradan çıxmasıdır. Mövzu ilə bağlı xəbərlərdə əş-Şəarın sözügedən posta ölkədə nümayişlər başlandığı vaxt təyin edildiyi bildirilib. Naziri ölkədən qaçmasına dair xəbərlər isə artıq ölkədə müzakirə mövzusuna çevrilib.

Xəbərlərdə nazir əş-Şəarın Suriya lideri Bəşər Əsədin ABŞ-ın “Ey-Bi-Si” telekanalına verdiyi və böyük rezonans doğuran müsahibəsindən sonra aradan çıxdığı öz əksini tapıb.

Xarici KİV Suriyada bundan əvvəl də ölkənin müdafiə naziri Əli Həbibin öldürülməsinə dair xəbərlərin yayıldığını, ancaq bir qədər sonra xəbərin həqiqəti əks etdirmədiyinin məhz elə nazirin özü tərəfindən bəyan edildiyini yazıb. Xəbərlərdə bununla belə əş-Şəarın yoxa çıxmasına dair xəbərlərin yayılmasından sonra belə xəbərin nə təkzib, nə də təsdiq edildiyi vurğulanaraq, nazirin ölkədən qaçmasının istisna edilmədiyi qeyd edilib.