Daxili İşlər Nazirliyi siyahı açıqladı - Cəzalandırılanlar

<b>Daxili İşlər Nazirliyi siyahı açıqladı - <font color=red>Cəzalandırılanlar </b></font>
Oxunma sayı: 172




Daxili İşlər Nazirliyi ölkədə korrupsiya ilə mübarizə tədbirləri gücləndirilən vaxtdan tez-tez nöqsanları aşkarlanan əməkdaşlarının barəsində ölçü götürülməsi haqda açıqlamalar yayır. “Qafqazinfo” nazirliyə sorğu verərək, indiyə kimi neçə əməkdaşın bu tədbirlər nəticəsində cəzalandırılması haqqında məlumat istəyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun sorğumuza verdiyi cavabı oxuculara təqdim edirik: “Ölkəmizdə korrupsiya ilə barışmaz mübarizə tədbirləri daha da gücləndirilən vaxtdan bugünədək - təxminən 5 ay ərzində Daxili İşlər Nazirliyinin aidiyyatı xidmət sahələri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə Yol Patrul Xidmətindən ümumilikdə, 4-ü zabit olmaqla 29 əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bundan başqa, öz xidməti vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən, həmçinin tabeliyindəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflədən 6-sı zabit olmaqla 18 YPX əməkdaşı isə tutduqları vəzifədən azad edilərək başqa xidmət sahələrinə keçirilmişlər. Onu da xüsusi olaraq qeyd edim ki, bu istiqamətdə daxili işlər orqanlarında həyata keçirilən tədbirlər, bəzi “ekspert”lərin iddia etdikləri kimi kampaniya xarakterli deyil, mütəmadi olaraq davam etdiriləcəkdir ki, nəticələri barədə yeri gəldikcə, ictimaiyyətə, mətbuata məlumat verəcəyik” .


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi