Daxili İşlər Nazirliyinin sabiq poliklinika rəisi qətlə yetirildi - Yenilənib

daxili-isler-nazirliyinin-sabiq-poliklinika-reisi-qetle-yetirildi-yenilenib-
Oxunma sayı: 2070

Meyitin yanında “Makarov” tipli tapança aşkarlanıb. Məlum olub ki, həmin şəxs 52 yaşlı Ələkbərov Namiq Fikrət oğludur.

N. Ələkbərov bir neçə il əvvəl DİN 2 saylı poliklinikasının rəisi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Bu arada “Qafqazinfo” qətlə yetirilən şəxslə bağlı maraqlı bir faktı təqdim edir. Məlumata görə, DİN-in 2 saylı poliklinikasının baş həkimi Namiq Ələkbərov 2003-cü ildə poliklinikanı həkim-rentgenoloqu Nigar Əhmədbəyovaya əxlaqsız təklif edərək onu ələ almaq istəyib. Nigar Əhmədbəyovanın həyat yoldaşı, polis mayoru Emin Əhmədbəyov məsələ ilə bağlı baş həkimlə mübahisə edib və Daxili İşlər Nazirliyinə müraciət edəndən sonra baş həkim deyil, onun özü işdən azad edilib.

2006-cı il, də isə poliklinikanın baş həkimi Namiq Ələkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək itini Nigar Əhmədbəyovanın yanına gətirərək heyvanı rentgendən keçirməyi tələb edib. Məsələdən xəbər tutan daxili işlər naziri Ramil Usubov Namiq Ələkbərovu vəzifəsindən azad edərək Emin Əhmədbəyovu yenidən polis orqanlarına bərpa edib. Amma Emin Əhmədbəyov həmin vaxt 2003-2006-cı illərdəki əmək haqqı və ona dəymiş ziyan ödənmədiyindən məhkəmələrə müraciət edib.

Məhkəmə isə onun iddiasını rədd etdiyi üçün Emin Əhmədbəyov Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlayıb. Avropa Məhkəməsi mayorun şikayətini icraata qəbul etdikdən sonra Emin Əhmədbəyov yol polisi əməkdaşı ilə mübahisə etdiyi əsas gətirilərək həbs edilib.

Qafqazinfo Nigar Əhmədbəyovun Prezidentə müraciətini təqdim edir:

kapitaon.flv