Daxili İşlər Nazirliyinin şöbə rəisi qəzaya düşdü

daxili-isler-nazirliyinin-sobe-reisi-qezaya-dusdu
Oxunma sayı: 761

Milli.Az xəbər portalının məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bir neçə gün əvvəl Sumqayıt şəhəri ərazisində yol qəzasına düşüb. Onun idarə etdiyi “VAZ-21012” markalı avtomobili “Mercedes” markalı minik maşını vurub. Nəticədə O. Mansurzadə başından aldığı xəsarətlə Sumqayıtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına fakt təsdiq olunaraq bilindirildi ki, O.Mansurzadə hazırda xəstəxanada müalicə olunur, vəziyyəti normaldır.