“Dədə Qorqud”un sertifikatı ləğv olunur

dede-qorqudun-sertifikati-legv-olunur
Oxunma sayı: 804

Bununla bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu müəssisələrdə istehsal edilmiş dondurmalar insanlar, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə, “Rah-96” və “Qranit” firmalarına məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektlərinə icrası məcburi göstəriş verilib.

Nigar Məmmədli