Dəhşətli avtomobil qəzası, 5 yaşlı qız öldü

dehsetli-avtomobil-qezasi-5-yasli-qiz-oldu
Oxunma sayı: 697

Siyəzən sakini Xankişiyev Şamilin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılaraq onu aşırıb və ikinci ağaca çırpılıb.

Baş DYP idarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyevin Anspress-ə verdiyi məlumata görə, iki hissəyə bölünən nəqliyyat vasitəsinin bir hissəsi yaxınlıqda olan evin divarından həyətə düşüb.

Qəzada sürücünün 5 yaşlı qızı Xankişiyeva Fatimə hadisə yerində ölüb. Sürücü 31 yaşlı Şamil Xankişiyev və onun anası 57 yaşlı Sevda Xankişiyeva qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Yaralılardan Şamil Xankişiyevin vəziyyətinin ağır olduğu və həyati təhlükəsinin olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. Qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Baş DYP idarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev avtomobilin saatda 200 km sürətlə hərəkət etdiyinin güman olnduğunu bildirib.