“Deməzdim ki, bugünkü Azərbaycan hakimiyyəti SSRİ-dən demokratikdir” - Müsahibə

demezdim-ki-bugunku-azerbaycan-hakimiyyeti-ssri-den-demokratikdir-musahibe
Oxunma sayı: 742





Klassik Xlaq Cəbhəsi Partiyasının Gənclər üzrə sədr müavini Rüfət Sahiboğlunun “Qafqazinfo”ya müsahibəsi

- Bir müddət əvvəl partiyanın qurultayı oldu. Qurultaydan sonra effektivlik baxımdan hansı dəyişikliklər oldu?
- Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2006-cı ildə təsis olunub və iyunun 24-də, Türklük günündə, Əbülfəz Elçibəyin doğum günündə partiyamızın növbəti qurultayı keçirildi. Əvvəlki qurultaylardan fərqli olaraq bu qurultayın ən gözə çarpan böyük üstünlüyü o idi ki, bu bir növ KXCP-nin özünü təsdiq qurultayı idi. Yəni, partiyamız bu qurultay vasitəsilə özünü cəmiyyətdə təsdiq etmiş oldu. Təsis olunduğu vaxtdan bir neçə il müddət ərzində partiya qeydiyatsız fəaliyyət göstərib. Üstündən bir neçə il keçəndən sonra qeydiyyatdan keçmişdi və bu bizim həm də bayaq dediyim kimi özünütəsdiq qurultayımız idi. Qurultaydan sonra rəhbərlikdə, sədr aparatında, İdarə Heyətində bir çox dəyişikliklər olub. Gənc kadrlar rəhbərliyə cəlb olunub. Məsələn, mən Gənclər üzrə müavin təyin olunmuşam. Məndən başqa da bir neçə nəfər gənc kadr İdarə Heyətinə cəlb olunub və hesab edirik ki, kifayət qədər normal və cəmiyyətə təqdim oluna biləcək yüksək səviyyəli komanda formalaşıb. Bildiyimə görə bu istiqamətdə partiya rəhbərliyinin işləri davam edir və yeni kadrların pattiyamıza cəlb olunması prosesi davam edəcək.

- Partiyada gəncləşmə prosesi gedir?
- Bir növ gəncləşmə prosesi gedir. Sözsüz ki, bizim partiyanı quranların, öndə gedənlərin, bizim ağsaqqallarımızın əməyini, fəaliyyətini görməzlikdən gəlmək olmaz. Təbii ki, onların ağsaqqalığı ilə gənclər də fəal iştirak edir.

- Partiya gəncləri ilə yanaşı ölkədə gənclərin aktivliyini necə qiymətləndirirsiz? Onlar ictimai-siyasi həyatda nə dərəcədə aktivdirlər?
- Ötən əsrin 80-ci illəri ilə müqayisə edəndə bugünkü gəncliyin fəliyyətini hesab edirəm ki, o qədər də effektiv qiymətləndirmək olmaz. O dövrdə təbii ki, siyasi şərait və zaman da başqa idi və həmin proseslərin aparıcı qüvvəsi gənclik olmuşdu. Bu gün həmin dövrdə gənc olanlar partiya rəhbərləridirlər. Hesab edirəm ki, bugünkü gəncliyin fəaliyyətinə birmənalı qiymət vermək çətindir. Əsasən gəncliyin siyasi proseslərə qoşulduğu yerlər adətən təhsil müəssisələri olub. Bu gün təəssüf ki, o fəallığı görə bilmirik. Müəyyən qədər aktiv olan gənclər müxtəlif siyasi təşkilatlarda, ictimai təşkilatlarda cəmləşiblər. Arzuolunandır ki, gənclərin fəallığı daha çox olsun. Ümumiyyətlə, Azərbaycan siyasətində gəncləşmə prosesinin getməyi müsbət olardı. Söhbət təkcə bizim patiyadan getmir. Bu proses az da olsa müşahidə olunur, amma inanıram ki, davamlı olacaq. Fikirlərimi Azərbaycan müxalifətinə əsasən deyirəm. Hesab edirəm ki, gəncləşmə prosesi ağrısız davam edib, başa çatacaq. Amma, sözsüz ki, bəzi problemlər var, onun həll olunmağı yaşlı nəsilin öhdəsindədir. Hesab edirəm ki, onlar bu problemlərn həllini bizim üzərimizə qoymayacalar. Bu problemlər bizimlə birgə həllini tapacaq.

- Ötən əsrin 80-ci illəri ilə müqayisə etdiniz. Qeyd etdiniz ki, onda gənclər daha aktiv idi. Kommunist rejiminin olduğu bir vaxtda gəclər siyasi baxımdan aktiv olduqları halda demokratiya şəraitində niyə bunu etmirlər?
- İndiki rejimi tam olaraq demokratik adlandırmağın tərəfdarı deyiləm. Bir ölkədəki azad seçkilər keçirilmir, söz, mətbuat azadlığı boğulur, mən hesab edirəm ki, oranı demokatik ölkə adlandırmaq olmaz. O dövrün fəallığına gəlincə mən hesab edirəm ki, 70 il bir imperiyanın tərkibində qalan bir millət sonda nə vaxtsa öz azadlıq istəyini, öz mübarizəsini ortaya qoymalı idi. Bu mübarizənin, bu hərəkatın meydana gəlməyində sözsüz ki, bizim böyük liderimiz Əbülfəz Elçibəyin xüsusi rolu olub. Bildiyiniz kimi o, 70-ci illərdən üçlük, bşlik, yeddilik təşkilatlarformasında bu hərəkatın əsasını qoydu. Bunun əsas səbəblərindən biri bu idi. İndi mən deməzdim ki, bu günkü Azərbaycan hakimiyyəti sovet hakimiyyətindən demokratikdir. Əslində mahiyyət eynidir. Mahiyyət odur ki, qeyd etdiyim kimi azad fikir boğuılur, azad seçkilər keçirilmir. Sözsüz ki, bu problemlər gənclərə də təsir edir. Bu gün hamımız şahidi oluruq ki, fikirlərini demək istəyən, öz hüquqları uğrunda mübarizə aparan gənclər bu gün həbsxanalara atırlır, universitetdən qovulur, onlara qarşı təqiblər və təzyiqlər olur.

- Bir sözlə siz də onları siyasi məhbus hesab edirsiz.
- Sözsüz, biz onların hamısını siyasi məhbus, vicdan məhbusu hesab edirik.

- Bu siyahıya Bəxtiyar Hacıyevi də daxildir?
- Bəxtiyar Hacıyevi də siyasi məhbus hesab etmək olar. Amma, onunla bağlı cəmiyyətdə birmənalı fikir mövcud deyil. Çünki, onun üzərinə qyoulan ittiham hərbi xidmətdən yayınça ittihamıdır. Amma, mən burada məsələyə digər tərəfdən yanaşmağı üstün tuturam. Burada söhbət prinsipdən gedir. Əgər onun əsaslandığı hüquq Azərbaycan Reüspublikasının konstitusiyasında nəzərdə tutulubsa, əgər bu hüquq vətəndaşlara verilibsə niyə də o hüquqdan kimlərsə istifadə etməsin? Əgər onun hüququ alınırsa, buna görə həbsə atılırsa sözsüz ki, bu pislənməlidir. O başqa məsələdir ki, Bəxtiyar Hacıyev nəyə görə hərbi xidmətdən imtina edib?

- İctimai Palatanın fəaliyyətini necə qiymətləndirirsiz?
- İctimai Palata ilə bağlı mənim yanaşmalarım bir az fərqlidir. Açığı İP-in formatı ilə bağlı bir neçə fikir demək istəyirəm. Düşünürəm ki, yaxşı olardı ki, İP ancaq namizədlərin birliyi olardı. Təəsüf ki, biz bunu görmədik, halbuki ilkin mərhələdə bir növ namizədlərin birliyi kimi fəaliyyətə başamışdı. Xüsusi olaraq bir faktı qeyd etmək istəyirəm ki, bu gün İctimai Palata adlanan qurumun əsası bizim partiyanın qərargahında qoyulub. Bizim partiyanın seçkidən sonra təşkil elədiyi ümumrespublika müşavirəsində bu ideya, Xalq Parlamenti ideyası səslənib. Sonrdan bu ideya inkişaf edib, 22 noyabrda yenə də bizim qərargahda namizədlərin ümumrespublika toplantısında o fikir daha da inkişaf etdirilib. Sonra bildiyiniz kimi dörd partiyanın rəhbərliyi bir araya gəliblər və o görüşdən çıxan nəticə belə olub ki, qurumun adı Xalq Parlamenti deyil, İctimai Palata olsun. İP hələ də gözlənilən ümidləri doğrulda bilmir. Şəxsən mən İP-dən gözlədiyim fəallığı görə bilmirəm. Sözsüz ki, müəyyən aksiyalar, tədbirlər olur, onlar müsbət qiymətlənmdirilə bilər. Amma ərəb inqilabları fonunda gözlənilən ümidlər hələ də əldə olunmayıb.

- Mitinqlər payıza qədər təxirə salınıb. Payızda olacaq mitinqlərdən nə gözləyirsiniz?
- Bildiyimə görə bununla bağlı İP-in rəsmi qərarı yoxdur. İyun ayında aksiyaya cəhd oldu, o da alınmadı. Mən İP-in üzvü olmadğıma görə münasibət bildirməyim bəlkə də doğru olmazdı. Mən ancaq İP-in ümumi fəaliyyətinə fikrimi bildirə bilərəm. Digər tərəfdən İP-in yaranmasından az qala bir ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də həmin qurumun nə nizamnaməsi var, nə əsasnaməsi var. Yalnız bir bəyanat var, o bəyanata imza atanlar İP-in üzvü hesab olnurular. s

Fatimə