Dəmir yolunda qəza oldu, yaralılar var

demir-yolunda-qeza-oldu-yaralilar-var
Oxunma sayı: 672

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun Anspress-ə verdiyi məlumata görə, minik maşını “Azpetrol”a məxsus neft daşıyan yük qatarı Fəhlə prospekti ərazisindən keçərkən onun yoluna çıxıb və daha sonra yaxınlıqdakı dayanacağa çırpılıb.

Hadisə nəticəsində dayanacaqda olan 2 qadın ağır xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qadınlardan birinin vəziyyəti daha ağırdır. O, kəllə-beyin xəsarəti alıb.

Qeyd edək ki, hadisə nəticəsində ətrafa neft dağılmayıb.